Facebook Instagram YouTube

Təhsil haqqı

Təhsil haqqı və ödənilmə qaydası aşağıdakı kimidir:

Mərkəzdə təhsil ödənişlidir. Təhsil haqqının məbləği 2026/27-ci dərs ili üzrə aşağıdakı kimi müəyyənləşdirilmişdir:

Təhsil pilləsiAzərbaycan bölməsi (manat)Rus bölməsi (manat)İngilis bölməsi (manat)Bilingual  (manat)
Bağça (3-4 yaş) (Kipina)-9 0009 000
Məktəbə hazırlıq bölməsi (5 yaş) (Kipina)-10 000 10 000

İbtidai siniflər (I-IV siniflər)13 00014 00015 50013 000
Orta təhsil (V-VIII siniflər)-14 00015 500




Orta təhsil (IX)--14 00015 500 (IGCSE)
Tam orta təhsil (X sinif)-14 00015 500 (AS Level)
Tam orta təhsil (XI sinif)-14 00015 500 (A Level)


  1. IGCSE və AS/A Level imtahanları üzrə ödənişlər təhsil haqqına daxil deyil. (IGCSE-1750 manat, AS/A Level- 850 manat)
  2. Ümumtəhsil məktəbi üzrə təhsil haqqına müvafiq kurikulum üzrə tədris, bir dəst məktəbli forması, seçilmiş dərnək və ekskursiyalarda iştirakgündə 3 dəfə qidalanma daxildir.
  3. Valideynlər təhsil haqqının ən az 20%-ni müqavilə bağladığı anda ödəyir. Qalıq məbləğ isə ən son hissəsi növbəti dərs ilinin mart ayından gec olmamaqla 3 hissədə ödənilir. Hər il mart-aprel aylarında keçirilən qəbul kampaniyası dövründə fərqli ilkin ödəniş şərti tətbiq oluna bilər.
  4. Təhsil haqqı ödənişi valideynin istəyinə əsasən 10 hissədə (20% ilkin ödəniş+9 hissə) həyata keçirilə bilər. Bu halda müvafiq təhsil haqqı məbləğinə 10% əlavə olunur.
2001 — 2026

25 il birlikdə, xoşbəxt gələcəyə gedən yolda.

2001-ci ildə qurulan XXI Əsr Məktəbi ötən 25 il ərzində minlərlə şagirdin inkişaf yoluna şahidlik edib. Bu illər ərzində məktəb yalnız təhsil verən bir məkan deyil, dəyərlər formalaşdıran, şəxsiyyət yetişdirən və gələcəyə inam aşılayan bir icma olub.

Beynəlxalq proqramlara əsaslanan təhsil yanaşması, təhlükəsiz və dəstəkləyici mühit, müəllim və valideyn əməkdaşlığı ilə qurulan məktəb mədəniyyəti bu yolun əsas dayaqlarıdır.

25 il təcrübə
1000+ məzun
18 şagird — hər sinifdə

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.

+994 12 000 00 00 info@21school.az Bakı, Azərbaycan