Facebook Instagram YouTube

“XXI əsr bacarıqları” üzrə məktəblilərarası olimpiada

Azərbaycan təhsil aləmində bir yenilik olan "XXI əsr bacarıqları" üzrə Məktəblilərarası Olimpiadaya növbəti dəfə start verilir!

▪️ Olimpiada 2 kateqoriya üzrə V-VI və VII-VIII sinif şagirdlərinin iştirakı üçün nəzərdə tutulub.

▪️ Olimpiadada şagirdlər hər biri 3 nəfərdən ibarət komandalar şəklində iştirak edəcəklər.

▪️ Olimpiadanın seçim turu aprel ayında, final turu isə may ayında keçiriləcəkdir.

▪️ Qeydiyyat üçün son tarix: 25 aprel 2025-ci il.

▪️ Ətraflı məlumat üçün Olimpiadanın Əsasnaməsi ilə veb saytımızda tanış ola bilərsiniz.

▪️ Qeydiyyat və məlumat üçün: 21century.edu.az/olimp

                                                                                                          

                                                                                                         

“XXI əsr bacarıqları” üzrə məktəblilərarası olimpiadanın 17 may 2025-ci il tarixində keçirilmiş I mərhələsində 46 komandada olmaqla ümumilikdə 138 şagird iştirak etmişdir.

17 may 2025-ci il tarixində keçirilmiş məktəblərarası "XXI əsr bacarıqları" Olimpiadasının birinci mərhələsinin nəticələri:

5-6-cı siniflər üzrə 1-ci turun nəticəsi.

7-8-ci siniflər üzrə 1-ci turun nəticəsi.

24 may 2025-ci il tarixində keçirilmiş məktəblərarası "XXI əsr bacarıqları" Olimpiadasının birinci mərhələsinin nəticələri:

5-6-cı siniflər üzrə 1-ci turun nəticəsi.

7-8-ci siniflər üzrə 1-ci turun nəticəsi.


2001 — 2026

25 il birlikdə, xoşbəxt gələcəyə gedən yolda.

2001-ci ildə qurulan XXI Əsr Məktəbi ötən 25 il ərzində minlərlə şagirdin inkişaf yoluna şahidlik edib. Bu illər ərzində məktəb yalnız təhsil verən bir məkan deyil, dəyərlər formalaşdıran, şəxsiyyət yetişdirən və gələcəyə inam aşılayan bir icma olub.

Beynəlxalq proqramlara əsaslanan təhsil yanaşması, təhlükəsiz və dəstəkləyici mühit, müəllim və valideyn əməkdaşlığı ilə qurulan məktəb mədəniyyəti bu yolun əsas dayaqlarıdır.

25 il təcrübə
1000+ məzun
18 şagird — hər sinifdə

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.

+994 12 000 00 00 info@21school.az Bakı, Azərbaycan